Daxil ol

Daxil ol

Qax Rayon Məhkəməsi

Məhkəmə haqqında

http://courts.gov.az/az/gakhrm

2016-09-24 20:31:27

Məhkəmə haqqında

Qax Rayon Məhkəməsinin binası

 

Rayon haqqında qısa məlumat

Qax – rayonu 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə rayon ləğv edilib Zaqatala rayonuna verilmişdir. 1964-cü il 17 iyun tarixindən yenidən rayon kimi bərpa edilmişdir. Qax Rayon Məhkəməsi 1930-cu ildə Qax Qəsəbə Məhkəməsi adı altında fəaliyyətə başlamışdır. 1938-ci ildə məhkəmənin adı dəyişdirilərək Qax Xalq Məhkəməsi adı altında fəaliyyətinə davam etmişdir.

Yaşayış məskəni kimi Qaxın adına ilk dəfə Moisey Kalankatlı nın "Albaniya tarixi" əsərində rast gəlinir. IV əsrə aid hadisələrdən bəhs edən tarixçi Haku(Qax) adlı yaşayış məskəninin adını qeyd edir. Rayonun ərazisi Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Qax Azərbaycanın mühüm aqrar-sənaye rayonlarından biridir. Əsasən qərzəkli meyvələr (fındıq, şabalıd, qoz) rayonu kimi tanınır. Rayonun ərazisi 1494 km², əhalisinin sayı isə 53 min 800 nəfərdir (13 iyun 2011). Erməni işğalçılarının işğalçı siyasəti nəticəsində Qax rayonunda ümumi sayı 1118 nəfər olan 294 qaçqın və məcburi koçkün ailə məskunlaşmışdır. Rayon şimal-qərbdən Dağıstan Respublikası, cənub-qərbdən Zaqatala və cənub-şərqdən Şəki rayonu ilə həmsərhəddir.