Daxil ol

Daxil ol

Bakı Ağır Cinayətlər Məhkəməsi

Məhkəmə haqqında

http://courts.gov.az/az/bakugravecrimes

2016-10-01 06:35:54

Məhkəmə haqqında

Bakı Ağır Cinayətlər Məhkəməsinin binası


 

Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi çərçivəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasının layihəsi hazırlanmışdır.


Məhkəmə haqqında qısa məlumat

Məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2010-cu il tarixli Fərmanı ilə 2000-ci ilin sentyabr ayından fəaliyyət göstərən Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin əsasında Bakı Ağır Cinayətlər Məhkəməsi təşkil edildi.

Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş ərazi yurisdiksiyasına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri aşağıdakılardır:

1. Bakı şəhəri Binəqədi rayonu

2. Bakı şəhəri Xətai rayonu

3. Bakı şəhəri Xəzər rayonu

4. Bakı şəhəri Qaradağ rayonu

5. Bakı şəhəri Nərimanov rayonu

6. Bakı şəhəri Nəsimi rayonu

7. Bakı şəhəri Nizami rayonu

8. Bakı şəhəri Sabunçu rayonu

9. Bakı şəhəri Səbail rayonu

10. Bakı şəhəri Suraxanı rayonu

11. Bakı şəhəri Yasamal rayonu

12. Abşeron rayonu

13. Xaçmaz rayonu

14. Xızı rayonu

15. Qobustan rayonu

16. Quba rayonu

17. Qubadlı rayonu

18. Qusar rayonu

19. Siyəzən rayonu

20. Sumqayıt şəhəri

21. Şabran rayonu

22. Şamaxı rayonu

23. Şuşa rayonu

24. Zəngilan rayonu