Daxil ol

Daxil ol

Ağstafa Rayon Məhkəməsi

Məhkəmə haqqında

http://courts.gov.az/az/agstafa

2016-09-28 04:46:51

Məhkəmə haqqında

Ağstafa Rayon Məhkəməsinin binası


 

Rayon və məhkəmə haqqında qısa məlumat

Ağstafa Rayon Məhkəməsi 27 avqust 1990-cı ildə yaranmış və Ağstafa Rayon Xalq Məhkəməsi adı ilə fəaliyyətə başlamışdır.

Ağstafa rayonu 24 aprel 1990-ci ildə yaradılıb, rayon ərazisi 1504 kvadrat km-dir. 01 iyun 2011-ci il tarixə rayonun əhalisi 81514 nəfər olub. Ağstafa şəhərindən Bakıya qədər olan məsafə 461 km-dir.

Rayonda məcburi köçkünlərin sayı 292 nəfər, qaçqınların sayı isə 1627 nəfərdir.

Ağstafa rayonu Gürcüstan Respublikası ilə 107 km, Ermənistan Respublikası ilə 16 km məsafədə həmsərhəddir. Rayonun Tovuz və Qazax rayonları ilə sərhədləri vardır.

Ağstafa rayonunda 1 şəhər, 9 qəsəbə, 24 kənd inzibati ərazi dairəsi, 29 kənd yaşayış məntəqəsi mövcuddur.