Astara Rayon Məhkəməsi

Astara Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Astara rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Astara Rayon Məhkəməsinin binası


 

Rayon haqqında qısa məlumat

Astara rayonu respublikanın cənub-şərqində yerləşir və cənub iqtisadi zonasına daxildir.1930-cu ildə Astara rayonu yaradılmış və rayona 1945-ci il tarixində şəhər statusu verilmişdir. 1964-cü ildə isə Astara Rayon Xalq Məhkəməsi yaradılmışdır (indiki Astara Rayon Məhkəməsi). Astara rayonunun əhalisinin sayı 98 min 683 nəfərdir (17 iyun 2011), ümumi ərazisi isə 616 km²-dir. Rayon cənub iqtisadi zonasına daxildir. Rayonda 1 şəhər, 1 qəsəbə və 91 kənd vardır. Ermənilərin işğalçılıq siyasəti nəticəsində Astara rayonunda 9 ailədən ibarət 46 nəfər məcburi köçkün məskunlaşmışdır. Rayon Bakı şəhərindən 313 km məsafədə yerləşməklə, cənubdan və qərbdən İran İslam Respublikası, şimaldan Lənkəran, şərqdən Xəzər dənizi ilə həmsərhəddir.