Abşeron Rayon Məhkəməsi

Abşeron Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Abşeron rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Abşeron Rayon Məhkəməsinin binası



Rayon haqqında qısa məlumat

Müstəqil kənd rayonu kimi Abşeron 1963-cü ilin yanvarında yaradılmış və həmin il yanvarın 04-də Abşeron Rayon Xalq Məhkəməsi (indiki Abşeron Rayon Məhkəməsi) yaradılmışdır. İnzibati mərkəzi Xırdalan şəhəridir. Rayon respublikanın qərbində yerləşir və Abşeron-Qobustan iqtisadi zonasına daxildir. Rayonda 1 şəhər, 6 qəsəbə və 9 kənd vardır. Rayonun ümumi ərazisi 1407 km², əhalisinin sayı isə 271 min 876 nəfərdir (16 iyun 2011). Abşeron rayonu Binəqədi, Sabunçu, Qaradağ, Şamaxı, Qobustan rayonları və Sumqayıt şəhəri ilə həmsərhəddir. Əhalisinin 23 min 649 nəfəri ermənilərin işğalçılıq siyasəti nəticəsində torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərdir.